EN

2 dəfə xərçəngdən qurtuldu, qəzada öldü

  “Discovery” kanalında yayınlanan “Naked and Afraid” proqramında iştirakı ilə məşhurlaşan Sarah Danser avtomobil qəzasında həlak olub. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Sarah televiziya tamaşaçılarına yalnız məşhur realiti-şou proqramlarının iştirakçısı olaraq deyil, həm də həyatı boyunca 2 dəfə xərçəng xəstəliyinə qalib gəlmiş qadın olaraq tanış idi. Lakin həyatında iki dəfə xərçənglə mübarizə aparan və bu döyüşdə qalib gələn “Çılpaq və qorxur”  verilişinin “ulduzu” Sarah Danser faciəvi hadisə nəticəsində dünyasını dəyişib. Sonuncu dəfə "Yaşamaq üçün mübarizə" proqramında iştirak edən S.Danser 20 oktyabr bazar günü Havayda baş verən qəza nəticəsində vəfat edib.” People”da yer alan xəbərə görə, 59 yaşlı sürücü idarəetməni itirərək park halında dayanmış avtomobilə çırpılıb. Sarah Danser isə məhz həmin avtomobilin salonunda imiş. Honolulu polisinin verdiyi məlumata görə, avtomobildəki sərnişin Sarah Danser ağır xəsarət alıb və xəstəxanaya aparılıb. Saranın atası və qardaşı xəstəxanaya çatanda isə o, artıq dünyasını dəyişmişdi.

Chosen
19
sherg.az

1Sources