EN

Lənkəranda baş verən qəzada sürücü xəsarət alıb

Lənkəranda qəza olub, avtomobil deformasiyaya uğrayıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə əlverişsiz hava şəraiti Lənkəranda avtoqəzaya səbəb olub.

Hadisə səhər saatlarında Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Separadi kəndi ərazisində qeydə alınıb. Lənkəran rayonun Tükəvilə kənd sakini 1990-cı il təvəllüdlü Emil Əkbərovun idarə etdiyi "Hunday Sanata" markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil magistralından çıxaraq, yol kənarındakı ağaca çırpılıb. Zərbənin təsirindən avtomobil deformasiya uğrayıb. Sürücü E.Əkbərov xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

İlkin məlumata görə hadisəyə səbəb, yağışlı hava şəraitində avtomobilin qarşısına iri buynuzlu mal-qaranın çıxması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
34
17
apa.az

10Sources