EN

Bolqarıstanda növbədənkənar parlament seçkisi keçirilir

Bolqarıstanda deputatların 51-ci Xalq Məclisinə (birpalatalı parlament) növbədənkənar seçkisi keçirilir.

hakimiyyet.az TASS-a istiinadən xəbər verir ki, ölkə üzrə 13 minə yaxın seçki məntəqəsi açılıb. Daha 719 seçki məntəqəsi isə 57 ölkədə fəaliyyət göstərəcək.

Bolqarıstanda təxminən 6.5 milyon nəfər səsvermə hüququna malikdir, lakin təxminən 2 milyon insanın səs verəcəyi gözlənilir.

Seçkilərdə 19 partiya və 9 koalisiyanın nümayəndəsi iştirak edir. 240 deputat mandatı uğrunda 4 858 namizəd mübarizə aparır.

Chosen
20
1
hakimiyyet.az

2Sources