“Gürcü arzusu” Tbilisidə və digər böyük şəhərlərdə keçirilən seçkilərdə uduzsa da, Ninotsminda və Axalkalakidə səslərin demək olar ki, 90%-ni qazanıb.
Hafta.az xəbər verir ki, bu haqda “Newsgeorgia” nəşri məlumat yayıb.
MSK-nın saytında ilkin nəticələrə görə(saat təxm. 10:30), (3111 məntəqədən 2255-nin məlumatları hesablanıb).
“Gürcü arzusu” - 53,056%, 957,960 səs;
“Dəyişiklik Koalisiyası – Qvaramiya, Melia, Girçi, Droa” – 11,177% (201,807 səs);
“Birlik” (“Milli Hərəkat”, “Aqmaşenebeli Strategiyası”, “Avropa Gürcüstanı”) - 9,852% (177 892 səs);
“Güclü Gürcüstan” (“Lelo”, “Xalq naminə”, “Azadlıq meydanı”, “Vətəndaşlar”) – 8,998% (162 459 səs);
“Qaxariya – Gürcüstan üçün” – 8,228% (148 570 səs).
Tbilisidə rayonlar üzrə hakim partiyanın nəticələri belədir:
Mtatsminda – 41,512% (14,696 səs);
Vake – 38,003% (28 983 səs);
Saburtalo – 39,758% (38 110 səs);
Krtsanisi – 48,831% (11 002 səs);
İsani – 45,298% (28 767 səs);
Samqori – 44,924% (37 004 səs);
Çuğureti – 44,105% (17 936 səs);
Didube – 42,076% (17,234);
Nadzaladevi - 42,571% (33,952);
Qldani – 40,46% (34547).
Regionlardan danışırıqsa, “Gürcü arzusu” bütün iri şəhərlərdə seçkilərdə qalib gələ bilməyib. Bunlar Tbilisidən kənarda yerləşən 74 dairədən beşidir.
Rustavi – 40,99% (24 815 səs);
Zuqdidi – 48,052% (6956 səs);
Poti – 49,659% (45583 səs);
Batumi - 49,659% (45 583 səs);
Kutaisi – 47,328% (35837).
Hakim partiya ən yaxşı nəticələri Samtsxe-Cavaxeti və Kvemo Kartlidə göstərib. Bunlar etnik azlıqların sıx yaşadığı bölgələrdir. Bu seçkilər zamanı pozuntularla bağlı xəbərlərin çoxu da oradan gəlirdi.