EN

Azərbaycanda bu avtomobillər UCUZLAŞDI

Azərbaycana gətirilən hibrid mühərrikli avtomobillər və elektromobillər ucuzlaşıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ilin sentyabrında ölkəyə idxal edilən bir ədəd hibrid avtomobilin orta qiyməti 25 099 dollar olub. Bu da avqust ayı ilə müqayisədə 2 581 dollar və ya 9,3 faiz, 2023-cü ilin sentyabrına nisbətən isə 6 845 dollar və ya 21,4 faiz ucuzlaşma deməkdir.

2024-cü ilin sentyabrında elektromobillərin orta idxal qiyməti 36 999 dollar təşkil edib ki, bu da bir ay əvvəllə müqayisədə 1 796 dollar və ya 4,6 faiz, 2023-cü ilin eyni ayına nisbətən isə 290 dollar və ya 1 faizə yaxın azdır.

Avtomobil satan Eldar Əliyev sözügedən ucuzlaşmanı ölkəyə gətirilən nəqliyyat vasitələrinin çoxluğu ilə əlaqələndirib.

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə Baku TV-yə bildirib ki, hibrid mühərrikli avtomobillər və elektromobillərin orta idxal qiymətinin azalması ölkəyə ucuz avtomobillərin gətirilməsi ilə bağlıdır:

Chosen
7
14
publika.az

10Sources