EN

Rusiyada 5,6 maqnitudalı zəlzələ olub

Rusiyanın Kamçatka vilayətində 5,6 maqnitudalı zəlzələ olub...

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsi teleqramda bildirib.

“27 oktyabr saat 16:49-da (Bakı vaxtı ilə 08:49) hiss edilən zəlzələ baş verib. Yeraltı təkanın maqnitudası 5,6 olub. Episentr Milkovo kəndindən 164 km şərqdə Kronotski körfəzinin akvatoriyasında yerləşib”, – məlumatda qeyd olunub.

Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının məlumatına görə, seysmik hadisə Petropavlovsk-Kamçatski ərazisində 2 bala qədər hiss edilib. Sunami təhlükəsi elan edilməyib.

Poliqon.info

Chosen
9
20
poliqon.info

10Sources