Rusiyanın Kirov vilayətində Mi-2 helikopterinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 4-ə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiyanın Fövqəladə Hallar Nazirliyi yayıb.
Mənbə qeyd edir ki, xilasedicilər şənbə günü Kirov vilayətində meşəlik ərazidə qəzaya uğramış Mi-2 helikopterindəki dördüncü şəxsin də cəsədini aşkarlayıblar.
Xatırladaq ki, Mi-2 helikopteri sərt eniş edib. Xilasedicilər öncə 3 nəfərin cəsədini tapmışdılar.
Bizim.Media