EN

MPL: "Sabah" "Neftçi"yə, "Qarabağ" "Şamaxı"ya qarşı - YENİLƏNİR

Bu gün Milsi Premyer Liqasına XI tura yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, turun sonuncu oyun günündə daha iki görüş baş tutacaq. 

Əvvəlcə "Neftçi" ilə "Sabah" üz-üzə gələcəklər. Samir Abasovun gəlişindən sonra qələbə həsrətinə son qoyan "ağ-qaralar"ın ilk çətin sınağı məhz "bayquşlar"la səfər matçı olacaq. 

Turun son qarşılaşmasında isə "Qarabağ" "Şamaxı"nı qəbul edəcək. Qurban Qurbanovun komandası qələbə qazanmaqla yenidən vahid lider olmaq əzmindədir.

Qeyd edək ki, növbəti turun oyunları 1-3 noyabr tarixlərində keçiriləcək.

Misli Premyer Liqası
11-ci tur
27 oktyabr

17:00. "Sabah" – "Neftçi"
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Əli Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Mehdiyev
"Bank Respublika Arena"

19:00. "Qarabağ" – "Şamaxı"
Hakimlər: Cavid Cəlilov, Namik Hüseynov, Müslüm Əliyev, Nicat İsmayıllıVAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Asif Əliyev
Tofiq Bəhramov adına Respublika stadionu

Chosen
22
fanat.az

1Sources