EN

Yeni "Hörümçək adam"ın nümayiş tarixi açıqlandı

"Hörümçək adam" franşizasının dördüncü filmi 2026-cı ilin iyulunda nümayiş olunacaq.

seher.media "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin "Sony Pictures" kino şirkəti məlumat yayıb.

Yeni filmdə ingilis aktyoru Tom Holland əvvəlki trilogiyada olduğu kimi yenidən superqəhrəman rolunu oynayacaq.

Blokbasterin rejissoru "Şanq-Çi və On üzük əfsanəsi" filmi üzərində işləyən Destin Daniel Kretton olacaq.

Filmin nümayişi 2026-cı il iyulun 17-nə planlaşdırılıb.

Chosen
6
1
seher.media

3Sources