EN

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 4 il ötür

Bakı. Trend:

İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun ErmənistanSilahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruzqalmasından dörd il ötür.

Trend xəbərverir ki, 2020-ci il oktyabrın 27-də düşmən növbəti dəfə xain vəqəddarcasına cəbhə zonasından kənarda yerləşən BərdəninQarayusifli kəndini "Smerç" raketləri ilə atəşə tutub.

Nəticədə dinc sakinlər - Cəfərova Ofeliya Məcid qızı, ƏhmədovaAybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, 2013-cü iltəvəllüdlü İsgəndərova Aysu Rövşən qızı və Əliyeva Almaz Salah qızışəhid olub, 13 nəfər isə xəsarət alıb.

Düşmənin raket atəşi nəticəsində bir neçə yaşayış evi tamamilədağılıb, sakinlərə külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağmüharibəsi dövründə ümumilikdə 3 dəfə (5, 27 və 28 oktyabrda)Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriyahücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfəryaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə,nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.2.1-ci(cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə),120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdənadam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilikniyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəniaparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidaiistintaqın aparılması prokurorluğun İstintaq idarəsinə həvaləedilib.

Ümumilikdə, 2020-ci il 27 sentyabr tarixində başlayıb və 44 gündavam etmiş Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri vəqanunsuz silahlı birləşmələrinin mülki yaşayış məntəqələrini hədəfəalmaqla həyata keçirilmiş hərbi təcavüzü nəticəsində 93 nəfər mülkişəxs (o cümlədən 54 kişi, 27 qadın və 12 uşaq) həlak olmuş, 444nəfər (o cümlədən 268 kişi, 109 qadın və 67 uşaq) isə xəsarətalmışdır.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi zamanı Gəncədə mülkiəhaliyə qarşı törədilən bu terror əməllərinə görə ittiham olunan vəözünü Qarabağda separatçıların "prezidenti" adlandıran AraikArutyunyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraqBakıya gətirilib.

Məqalədə:
Chosen
33
17
az.trend.az

10Sources