EN

Bakıda külək gücləndi, bu rayona qar yağır

Oktyabrın 26-sı saat 23:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a bildirilib ki, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə arabir leysan xarakterli intensiv yağış yağır.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 6 mm, Qubada 16 mm, Qusarda 8 mm, Altıağac və Qaxda 7 mm, Şabranda 6 mm, Qobustanda 5 mm, Şəkidə 4 mm olub. Qubanın dağlıq kəndlərinə və Şahdağa qar yağır.

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında, Neftçalada 20 m/s-dək güclənib.

Chosen
8
21
publika.az

10Sources