EN

GÜRCÜSTAN MSK-SI YENİ RƏQƏMLƏRİ AÇIQLADI

Hazırda Gürcüstan MSK-da mövcud olan məlumatlara görə, parlament seçkilərində “Gürcü arzusu” 52,94 faizlə öndədir.

Tezadlar.az Gürcüstan MSK-nın rəsmi saytına istinadla bildirir ki, 2206 seçki məntəqəsinin nəticələrinə görə, beş partiya 5 faizlik baryeri keçib. “Gürcü arzusu” – 52,99 faiz - (935 004 səs); “Dəyişiklik üçün koalisiya” – 11.2 faiz - (197 619 səs). “Birlik – Milli Hərəkat” – 9.83 faiz - (173 510 səs) Güclü Gürcüstan” – 9.2 faiz - (159 306 səs) “Gürcüstan üçün” – 8.22 faiz - (145 205 səs). Qeyd olunur ki, ümumi 3111 məntəqənin demək olar ki, 75 faizi hesablanıb.

Chosen
44
35
tezadlar.az

10Sources