EN

Gürcüstanın Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini açıqlayıb

Gürcüstanın Mərkəzi Seçki Komissiyası 2206 seçki məntəqəsində səslərin hesablanmasından sonra ilkin nəticələri açıqlayıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, MSK-nın məlumatına görə, hakim “Gürcü Arzusu” partiyası parlament seçkilərində 52,991% səs toplayıb.

Gün ərzində partiyaya 935 004 seçici səs verib. Ən çox səs toplayan müxalifət koalisiyası “Dəyişiklik üçün Koalisiya” 11,2% (197 619 səs) səs toplayıb.

Qeyd edək ki, səsvermə 3111 seçki məntəqəsində baş tutub.

Chosen
21
4
iqtisadiyyat.az

3Sources