EN

Şahin Diniyev: "İmtahandan üzüağ çıxa bilmədik"

"Oyun haqda danışmaq çox çətindir. Bir komanda oynadı, bir komanda qələbə qazandı. Qol vəziyyətlərindən, penaltidən yararlana bilmədik. Bu, artıq sözün bitdiyi yerdir".

İdman.biz xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının XI turunda "Sumqayıt"a 0:1 hesablı məğlubiyyəti şərh edib: "Komandanın göstərdiyi futbol haqda bir söz deyə bilmərəm. Futbol ədalətli oyundur. Düşünürəm ki, öz qiymətini verəcək. Bəlkə də kimlərlə autsayder olduğumuzu düşünür. Amma burdan çıxmaq üçün həm futbolçuların potensialı, həm də komandanın gücü var. Bir oyun bəs edəcək ki, bu vəziyyətdən çıxaq. Bu gün də məğlub olmağa layiq deyildik. Ən pis halda oyunun ədalətli nəticəsi heç-heçə deyildi".

Şahin Diniyev bugünki imtahandan üzüağ çıxmadıqlarını etiraf edib: "Əslində bu oyun da bizim üçün dönüş nöqtəsi idi. Bugünkü imtahandan üzüağ çıxa bilmədik. Amma futbolçuların üstünə gedə bilmirəm. Daha bir ağır həftə keçirməliyik. "Kəpəz" 1-ci dövrə ilə müqayisədə həm heyət, həm də oyun baxımından güclənib. Güclənməyən yeganə komanda bizik. Kiçik heyətə malikik. Hər itki bizim üçün faciəyə bərabərdir".

İdman.biz

Chosen
10
7
idman.biz

10Sources