EN

Kobaxidze: “Siyasi məqsədimiz böyük fərqlə qalib gələrək, konstitusiya çoxluğunu əldə etməkdir”

“Hakim “Gürcü arzusu” partiyası parlament seçkilərində böyük üstünlüklə inandırıcı şəkildə qalib gəlir”.

Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze parlament seçkiləri üçün məntəqələrin bağlanmasına iki saat qalmış jurnalistlərə açıqlamasında bildirib.
 

“Seçkilərin bitməsinə iki saat qalıb və iki yüz mindən çox seçici hələ də səsvermədə iştirak etməyib. Ona görə də hər bir seçicini səfərbər etmək lazımdır ki, biz nəinki qəti qələbə qazanaq, həm də böyük fərqlə qalib gələrək, konstitusiya çoxluğunu əldə edək ki, bu da bizim siyasi məqsədimizdir”, - Kobaxidze bildirib.


Qeyd edək ki, bu gün Gürcüstanda parlament seçkiləri keçirilir. Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kalandarişvili bildirib ki, parlament seçkiləri ilə əlaqədar 3111 seçki məntəqəsi açılıb. Bunlardan 3044-ü Gürcüstandadır.

Hakim "Gürcü Arzusu" partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze seçkinin nəticələrinə əsasən qələbəsini elan edib. Seçki prosesi hələ davam etdirilir.

Bizim.Media

Chosen
37
50
bizim.media

10Sources