Gürcüstan parlamentinə seçkilərin ilk nəticələri məlum olub.
"Unikal" “Formula” telekanalına istinadən xəbər verir ki, Gürcüstanda keçirilən parlament seçkilərində müxalifət tam səs çoxluğu qazanıb.
“Exit-poll”un nəticələrinə görə, “Gürcü arzusu” 40,9%, “Birlik – Milli Hərəkat” və “Dəyişiklik Naminə Koalisiya” partiyalarının hər biri 16,7%, “Güclü Gürcüstan” partiyası 10,3%, “Gürcüstan üçün” Qaxariya partiyası 8,2% səs toplayıb.
Bununla belə, “İmedi” televiziya şirkətinin məlumatına görə, parlament seçkilərində hakim “Gürcü arzusu” partiyası təxminən 56,1 faiz səs toplayır.
Oktyabrın 26-da Gürcüstanda respublika parlamentinə seçkilər çərçivəsində seçki məntəqələri açılıb. Ölkənin 150 deputatdan ibarət ali qanunverici orqanında yerlər uğrunda 19 partiya mübarizə aparır.