EN

GÜRCÜSTANDA SEÇKİLƏR: “Exit poll” nəticələri açıqlandı

Gürcüstanın hakimiyyətə yaxın olan Imedi telekanalının təqdim etdiyi eksit-poll nəticələrinə görə, "Gürcü Arzusu" partiyası 56,1% dəstək toplayıb.

Musavat.com xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

Qeyd olunub ki, "Dəyişikliklər Koalisiyası" 12,6%, "Vahid Milli Hərəkat" 11,6%, "Güclü Gürcüstan" isə 7% səs alıb.

Bu nəticələr GORBI şirkəti tərəfindən Imedi telekanalı üçün keçirilmiş eksit-pollun məlumatlarıdır.

Eksit-pollar seçki məntəqələrindən çıxan seçicilər arasında aparılan sorğuların nəticələridir. Onlar hüquqi qüvvəyə malik deyil və yalnız seçkilərin ümumi tendensiyasını əks etdirir.

Musavat.com

Chosen
30
39
musavat.com

10Sources