EN

Bakının 500-ə yaxın küçəsi yuyulub

Yazını böyüt
Yazını kiçilt

Bu gün Bakının 496 küçəsi yuyulub.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, bu gün, oktyabrın 26-da Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda aparılan genişmiqyaslı abadlıq işləri nəticəsində küçə və yol kənarlarında, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, şəhərin sanitar təmizliyik səviyyəsinin daha da yüksəldilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə növbəti genişmiqyaslı daxili ümumşəhər iməcliyi keçirilib.

Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 496 əsas küçə, prospekt və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulmasını təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib, yaşıllıqlara qulluq göstərilib.

Paytaxtın bütün rayonlarını əhatə edən iməclik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfə olmuşdur.

Chosen
16
26
hafta.az

10Sources