EN

Gürcüstanın ən böyük müxalifət partiyasında İNSİDENT OLUB - VİDEO

Naməlum şəxslər Gürcüstanın ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın Tbilisidəki ofisinə soxulublar.

Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

Məlumata görə, nəticədə müxalifət nümayəndələri ilə toqquşma olub. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Gürcüstan mediası adıçəkilən partiyanın nümayəndəsinə istinadən qeyd edir ki, hücum edənlər hakim partiyanın tərəfdarları olub.

Qeyd edək ki, bu gün Gürcüstanda parlament seçkiləri keçirilir. Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kalandarişvili bildirib ki, parlament seçkiləri ilə əlaqədar 3111 seçki məntəqəsi açılıb. Bunlardan 3044-ü Gürcüstandadır.

Hakim "Gürcü Arzusu" partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze seçkinin nəticələrinə əsasən qələbə elan edib.


Bizim.Media

Chosen
18
3
bizim.media

7Sources