EN

İsrailin İrana hücumu ilə yeni müharibə başlaya bilərmi?

"İsrail -İran müharibəsi genişləndirilməsi gözlənilmir. İsrail Irana axşam qırıcılarla və PUA ilə hücum edib. Qeyri-neft və nüvə obyektləri istisna olmaqla hərbi hədəflər vurulub. Bu hücum arxasında ABŞ dayanıb. ABŞ eskalasiyanın genişləndirilməsinə yol verməyəcəyini elan edib".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, İran da müharibənin genişləndirilməsində maraqlı deyil: "Müharibənin qarşılıqlı zərbələr nəticəsində genişləndirilmə ehtimalı yoxdur. Rusiya -Ukrayna müharibəsi fonunda ABŞ İranla müharibənin genişləndirilməsində maraqlı deyil. Yeni müharibə Rusiyanın Ukraynada uğurlarına gətirib çıxara və Vaşinqtonun geosiyasi mövqelərini zəiflədə bilər. Yaxın Şərqdə ərəb ölkələri daxil olmaqla alov topuna çevrilər".

Politoloq hesab edir ki, İran İsrailin hazırkı hücumunu gözləyirdi: "Ona görə də bütün tədbirləri almışdı. Qeyd edim ki, İran hakimiyyəti də HƏMAS və Hizbullahdan əlini üzüb".

Məğrur,

Sitat.info 

Chosen
29
31
sitat.info

10Sources