EN

Türkiyə XİN İsrailin İrana raket zərbələri ilə bağlı bəyanat verdi

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) İsrailin İrana raket zərbələri ilə bağlı bəyanat yayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bəyanatda İsrailin regionu genişmiqyaslı müharibənin astanasına gətirdiyi, rəsmi Təl-Əvivin bu kimi addımlara son qoyması üçün beynəlxalq ictimaiyyətin səyləri artırmalı olduğu qeyd edilib.

 

Bəyanatda o da qeyd olunub ki, rəsmi Ankara regionda növbəti müharibə ocağının yaranması, eləcə də qanunsuzluğun hökm sürməsinin əleyhinədir.

 

Qurum həm region dövlətlərini, həm də xarici aktorları Yaxın Şərqdə sülhün bərqərar olması istiqamətində səyləri artırmağa çağırıb.

Chosen
12
19
senzor.az

10Sources