EN

"Avropa Parlamentinin fəaliyyəti Azərbaycana qarşı hər zaman qərəzli olub" - MÜNASİBƏT BİLDİRİLDİ

"Avropa Parlamentinin fəaliyyəti Azərbaycana qarşı hər zaman qərəzli olub. Bunu biz müstəqillik illərinin ilk və sonrakı mərhələsində, xüsusilə 44 günlük Vətən müharibəsi zamanı da istər Avropa Parlamenti, istərsə də bura üzv olan dövlətlərin Azərbaycana qarşı necə ikili standartlarla yanaşdığını, düşmənçilik mövqeyo sərgilədiyini və Avropa Parlamentinin erməni lobbisinin əlində necə çevrilmiş bir qurum olduğunun hamılıqla şahidi olduq". Bu sözləri SİA-ya açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.

Ağasif Şakiroğlu sözlərinə belə davam edib: "Hesab edirəm ki, Avropa Parlamentinin nə deməsi, nə kağız qəbul etməsi heç də önəmli deyil. Önəmli olan Azərbaycanın tutduğu doğru yoldur. Hansı ki bu yol Azərbaycanı yüksəklərə və qələbəyə aparıb. Əminəm ki bundan sonra da aparacaq.

Bir çox dövlətləri öz maraqlarına alət etmiş Avropa Birliyi və Avropa Birliyinə üzv olan bəzi Qərb dövlətləri Azərbaycanla o dövlətlərlə danışdığı kimi danışa bilməməsini həzm edə bilmir. Məlum hadisə COP29 beynəlxalq tədbiri öncəsi Azərbaycana qarşı təxribatdır. Onlar Azərbaycandan ala bilmədiklərini bu cür uşaq gedişləri ilə əldə etmək istəyirlər. Heç də bu alınmayacaq. Azərbaycan xalqı monolitdir. Azərbaycanın daxilində Azərbaycan xalqı dövlətinin düşmənlərinə qarşı siyasi mövqeyindən, siyasi rəngindən və hansı düşərgəd olmasından asılı olmayaraq vahid cəbhədə birləşib. Bu gün ölkədə iqtidar-müxalifət həmrəyliyi var. Daxili auditoriyanı parçalamaq cəhdləri də hesab edirəm ki, uğursuzdur.

Düşünürəm, bu tip məsələlərə Avropada, Qərb dövlətlərində erməni lobbisinin əlində oyuncağa çevrilmiş beynəlxalq qurumların Azərbaycana qarşı göstərdiyi bu tavırlara soyuqqanlı yanaşmaq lazımdır. Həmin o qurumlarla ikitərəfli əməkdaşlıqlara yenidən baxmaq zamanı gəlibdir. Azərbaycan daxilində dağıcılıq, pozuculuq fəaliyyəti, fiaskoya uğraramış bu tip beynəlxalq təşkilatlar bəyanatlar verməklə öz hikkələrini göstərmiş olur, Azərbaycana müəyyən məsələləri diqtə etmək istəyir. Amma anlamır ki, Azərbaycan diqtə ilə oturub duran dövlət deyil, elə özü diqtə edən dövlətdir".

Ayşən Vəli

Chosen
7
1
sesqazeti.az

2Sources