EN

İranda hərbçilərə hücum - 10 sərhədçi güllələndi

İranda sərhədçilər öldürülüb.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Halvəş” Teleqram kanalı məlumat paylaşçıb.

Bildirilib ki, bu gün Toftan şəhərinin Qohərkuh bölgəsində 10 sərhədçi güllələnib.

Məlumata görə, iki hərbi maşın naməlum silahlı şəxslər tərəfindən hədəfə alınıb.

Bildirilib ki, insident zamanı bir neçə nəfər də yaralanıb. Hələlik hadisənin digər məqamları bəlli deyil.

Seymur,

Sitat.info
 

Chosen
10
2
sitat.info

3Sources