Olaylar.az xəbər verir ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Qalınçaq kəndi ərazisində qanunsuz ov edən 2 nəfər saxlanılıb.
Həmin şəxslərdən 2 ov tüfəngi, həmin silaha aid patronlar və qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31