EN

Putin: Rusiya qazının müxtəlif marşrutları var

Putin: Rusiya qazının müxtəlif marşrutları var

Rusiya prezidenti Vladimir Putin, “Rusiya qazının Avropa istehlakçılarına çatdırıla biləcəyi müxtəlif yollar var və biz bu daşımaları həyata keçirməkdən imtina etmirik” deyib.Rusiya dövlət kanalı “Rossiya-24”ə açıqlamasında Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə Rusiya qazının Avropaya nəqli ilə bağlı ilin sonunda başa çatacaq müqavilə prosesini dəyərləndirib.Ukraynanın 2024-cü ilin iyuluna qədər müqavilənin uzadılması üçün addımlar atması lazım olduğunu bildirən Putin, "Bildiyim qədər Ukrayna tərəfindən bu istiqamətdə araşdırmalar aparmaq üçün heç bir səy göstərilməyib" deyib.Rusiyanın Ukrayna marşrutu da daxil olmaqla Rusiya qazını daşımaqdan imtina etmədiyini bildirən Putin “Ancaq görünür Ukrayna bunu etməyəcək. Ukraynanın təbii qaz rəsmiləri Rusiya tərəfi ilə tranzit müqaviləsini uzatmayacaqlarını bəyan ediblər. Bu o deməkdir ki, onlar bu yolu bağlayıblar” qeyd edib.Rusiya qazını Avropaya daşımağa davam edə biləcəklərinə işarə edən Putin "Rus qazının Avropa istehlakçılarına çatdırılmasının müxtəlif yolları var və biz bunu göndərməkdən imtina etmirik" deyib.Qeyd edək ki, Putin sentyabrın 5-də verdiyi açıqlamasında bildirib ki, Ukrayna qaz müqaviləsini uzatmasa, “Türk axını” ilə daşınmalar arta bilər.Mənbə: AA

Chosen
33
1
afn.az

2Sources