EN

Prezident bu postu ləğv etdi - O vəzifəni Ramiz Mehdiyev tuturdu 

Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin birinci müavini postu ləğv edilib.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanla "Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə”də dəyişiklik edilib. Bundan sonra Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan üç müavini olacaq. Qeyd edək ki, Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin sədrinin birinci müavini vəzifəsini Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev tuturdu. O, bu vəzifəyə 2018-ci ilin noyabr ayında təyin edilmişdi. Onu da qeyd edək ki, dövlət başçısı "Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında" Sərəncamda dəyişiklik edilməsi ilə bağlı yeni sərəncam da imzalayıb. Sərəncama əsasən, Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin tərkibi aşağıdakı redaksiyada verilir: Redaksiya heyətinin sədriƏliyev İlham Heydər oğlu - Azərbaycan Respublikasının Prezidenti Redaksiya heyəti sədrinin müavinləri:Əli Zadə Akif Ağa Mehti oğlu - AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun baş direktoru Quliyev İbrahim Said oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti Rzayev Anar Rəsul oğlu - Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Azərbaycan Milli Ensiklopediyasının baş redaktoruHəbibbəyli İsa Əkbər oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın prezidenti Azərbaycan Milli Ensiklopediyasının məsul katibiNağıyev Tofiq Murtuza oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktoru Redaksiya heyətinin üzvləri:Abdullayev Kamal Mehdi oğlu - AMEA-nın həqiqi üzvü, Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru Abıyev Ağacan Qulam oğlu - texnika elmləri üzrə fəlsəfə doktoru, professor Bədəlbəyli Fərhad Şəmsi oğlu - Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Bilalov Bilal Telman oğlu - AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri Budaqov Tahir Yaqub oğlu - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Cəfərov Nizami Qulu oğlu - AMEA-nın həqiqi üzvü, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Cəlilov Namiq Sərdar oğlu - AMEA-nın müxbir üzvü, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru Eldarov Ömər Həsən oğlu - AMEA-nın həqiqi üzvü, Xalq rəssamı Ələkbərov Urxan Kazım oğlu - AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Əlquliyev Rasim Məhəmməd oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Əliyev Telman Abbas oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın müşaviri Əliyeva Fərəh Şirməmməd qızı - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Əli-zadə Firəngiz Əli Ağa qızı - AMEA-nın müxbir üzvü, Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Fərzəliyev Vaqif Məcid oğlu - AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru Hacıyev İsmayıl Muxtar oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın Naxçıvan bölməsinin sədri Həşimov Arif Məmməd oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik-katibi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun baş direktoru Hüseynova İradə Məmməd qızı - AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru Xəlilov Fərhad Qurban oğlu - Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri İsmayılov Amin İsmayıl oğlu - AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri Kərimli Teymur Həşim oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Qədirov Fəxrəddin Əbülfət oğlu - AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun baş direktoru Qəribov Adil Abdulxalıq oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın müşaviri Mahmudov Yaqub Mikayıl oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın müşaviri Mehdiyev Ramiz Ənvər oğlu - AMEA-nın həqiqi üzvü Məhərrəmov Abel Məmmədəli oğlu - AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin kafedra müdiri Məmmədov Qərib Şamil oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın müşaviri Məmmədov Nazim Timur oğlu - AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun laboratoriya müdiri Muradov Şahbaz Musa oğlu - AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun şöbə müdiri Mustafayev Şahin Məcid oğlu - AMEA-nın həqiqi üzvü Paşayev Arif Mir Cəlal oğlu - AMEA-nın həqiqi üzvü, Milli Aviasiya Akademiyasının rektoru Rəsulov Əsgər Adil oğlu - Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Səmədzadə Ziyad Əliabbas oğlu - AMEA-nın həqiqi üzvü Şükürov Kərim Kərəm oğlu - AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş direktoru Vəlixanova Nailə Məmmədəli qızı - AMEA-nın həqiqi üzvü, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru.

Xatırladaq ki, Prezident İlham Əliyevin yeni  Azərbaycan Milli Ensiklopediyasının hazırlanmasına dair 2004-cü ildə imzalıdığı sərəncamdan keçən ötən 20 ildə Ensiklopediyanın cəmi 9 cildi nəşr edilib.

Chosen
21
14
buta.tv

10Sources