EN

Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: “Ölsəm qəfil öləcəm, xəstə olmayacam” - ÖZƏL

Bir neçə gün öncə xalq artisti, aktrisa-qiraətçi Əminə Yusifqızının səhhətinin ağır olduğu haqda xəbərlər yayılmışdı. Sənətkar telefon nömrəsini dəyişdiyi üçün heç kim ondan xəbər tuta bilmirdi.
 
Aktrisa Moderator.az-a özəl açıqlamasında haqqında yayılan xəbərləri yalanlayıb:
 
“Mənə bu haqda zəng edib, soruşan olmayıb. Yeni nömrəmi bilmirlər. Jurnalistlərə elə bir hay lazımdır. İnsanları da qorxudublar. Bunlar yatıb yuxu görürlər? Bir adamı efirlərdə çox görməyəndə deyirlər ki, ya ölüb, ya da xəstədir. O qədər zəng edirlər ki.. Amma mənə uyğun efir, veriliş yoxdur. Özüm getmirəm”.
 
 
Xalq artisti deyir ki, tam sağlamdır:
 
“Mənim heç bir xəstəliyim yoxdur. Cavanlıqda yalnız başım ağrıyıb. Hansısa xəstəxanaya da getməmişəm ki, deyim kimsə şəkilimi çəkib, harasa göndərib? Mən heç evdən çıxıram ki.. Bütün günü evdəyəm. Qızım, yaxınlarım gəlib dəyir mənə. Ərzaqlarımı alıb gətirirlər. Ölsəm qəfil öləcəm, xəstə olmayacam”.
Chosen
26
moderator.az

1Sources