EN

42 yaşlı qadın toyda öldü » AzadMedia.az


Şəkidə toyda ölüm hadisəsi baş verib.

Azadmedia.az xəbər verir ki, dünən şadlıq sarayında keçirilən toy zamanı bəyin qohumu 1982-ci il təvəllüdlü L.Şıxəliyevanın halı qəfil pisləşib. Belə ki, o oynayarkən özünü pis hiss edib və yıxılıb. Qadın oradaca vəfat edib.

Bildirilib ki, L.Şıxəliyeva ürəktutmadan dünyasını dəyişib.

Hadisə səbəbindən məclis vaxtından tez yekunlaşıb.
Chosen
17
13
azadmedia.az

10Sources