EN

Ad gününü əri ilə Los-Ancelesdə keçirdi – FOTOlar

Dünya şöhrətli Hollivud aktyoru Jan Klod Van Dammın gəlini, pianoçu Suada Hacızadənin doğum günü olub.

Medianews.az olay-a istinadən xəbər verir ki, musiqiçi özəl gününü həyat yoldaşı Kristoferlə Los Ancelesin restoranların birində romantik şam yeməyində qeyd edib.

Suada həm özünün həmdə ərinin çəkdiyi foto və görüntülərini instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.

Hacızadə paylaşımına “Sevgimlə Los Ancelesin inanılmaz ləzzətlərindən və mənzərələrindən dadaraq, heyrətamiz Yamashiroda ad günümü keçirtdim. Unudulmaz bir günün sehrli sonu. Mənim ikinci yarım (həyat yoldaşı Kristoferi nəzərdə tutur – red.) və Los Angeles mənzərəsi” sözlərini yazıb.

Qeyd edək ki, Jan Klod Van Damm Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadə ilə quda olub. Kristofer-Suada cütlüyü 2021-ci ilin iyununda Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.

Chosen
3
6
medianews.az

7Sources