EN

Elbrus Məmmədov vəfat edib

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Elbrus Məmmədov vəfat edib.

İdman.biz xəbər verir ki, futbol veteranı 52 yaşında ölüb.

Futbolçu kimi Sumqayıt “Xəzər”i, “Viləş”, “Xəzər Universiteti” (indiki “Şamaxı”) klublarında çıxış edən Məmmədov “Xəzər Lənkəran” əsas və əvəzedici komandaların, “Sumqayıt”ın əvəzedicilərinin və “İrəvan”ın baş məşqçisi olub. O, karyerası ərzində “Neftçi” və Azərbaycanın U-21 millisində də köməkçi məşqçi kimi işləyib.

Qeyd edək ki, Məmmədov 2015-16-cı illərdə “Xəzər Lənkəran”ın baş məşqçisi olub.

Allah rəhmət eləsin!

İdman.biz

Chosen
25
idman.biz

1Sources