EN

Azərbaycan Premyer Liqası: XI turun daha iki oyunu keçiriləcək

Bu gün Misli Premyer Liqasında XI turun daha iki oyunu keçiriləcək.
Tribunainfo.az -ın məlumatına görə, hər iki matçda turnir cədvəlində qonşu olan komandalar münasibətlərinə aydınlıq gətirəcəklər.
İlk olaraq “Araz-Naxçıvan” “Zirə”ni qəbul edəcək. Saat 16:00-da başlayacaq görüş “Liv Bona Dea Arena”da reallaşacaq.
Digər qarşılaşma isə “Səbail” və “Sumqayıt” komandaları arasında baş tutacaq.
“ASCO Arena” keçiriləcək oyunun start fiti saat 18:30-da səslənəcək.
Turnir cədvəlində “Araz-Naxçıvan” 20 xalla 3-cü, “Zirə” 16 xalla 4-cü yerdədir. Aşağı sıralarda qərarlaşan kollektivlərdən “Səbail” və “Sumqayıt 7 xalla müvafiq olaraq 8-ci və 9-cu mövqelərdə yer alıblar.
Misli Premyer Liqası
II dövrə, XI tur
26 oktyabr
16:00. “Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov.
VAR: İnqilab Məmmədov.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Liv Bona Dea Arena”.
18.30. “Səbail” – “Sumqayıt”
Hakimlər: Fərid Hacıyev, Eyyub İbrahimov, Şirmamed Mamedov, Elvin Bayramov.
VAR: Rauf Cabarov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“ASCO Arena”.
Qeyd edək ki, turun açılış matçında ötən gün “Turan Tovuz” “Kəpəz”i 2:1 hesabı ilə məğlub edib.
Chosen
11
18
tribunainfo.az

10Sources