EN

ABŞ İranı İsrailin indiki zərbəsinə cavab verməməyə çağırıb

"Amerika Birləşmiş Ştatları İranı İsrailin indiki zərbəsinə cavab verməməyə çağırır və yəhudi dövlətinin bu əməliyyatını iki tərəf arasındakı hərbi qarşıdurmanın sonu hesab edir".

Bu barədə ABŞ administrasiyasının yüksəkrütbəli nümayəndəsi İsrailin İrana zərbəsi ilə bağlı jurnalistlər üçün xüsusi brifinqdə bildirib.

O, həmçinin əlavə edib ki, İranla sıx əlaqələri olan ölkələr də daxil olmaqla, Yaxın Şərq regionundakı bir çox ölkə oxşar mövqe tutur.

ABŞ-nin çağırışlarına baxmayaraq, Tehranın son İsrail zərbəsinə necə reaksiya verəcəyi hələ aydın deyil.

ABŞ rəsmisi İranın Vaşinqtona mümkün addımları barədə siqnallar verib-vermədiyini dəqiqləşdirməkdən imtina edib, lakin iki ölkə arasında əlaqə kanallarının mövcudluğunu təsdiqləyib.

"Bizim İranla çoxsaylı birbaşa və dolayı (əlaqə) kanallarımız var", - deyə məmur vurğulayıb.

Chosen
6
5
news365.az

6Sources