EN

Hindistanda dəhşətli fırtına: yüzlərlə insan təxliyə edilir

Hindistanın şərqində “Dana” tropik fırtınası səbəbindən təxminən 600 min nəfər təhlükəsiz ərazilərə təxliyə olunub.

Publika.az xəbər verir ki, bu barədə Hindistan Meteorologiya Departamenti məlumat yayıb.

Bildirilib ki, “Dana” tropik fırtınasının sürəti saatda 120 kilometrə çatıb. Güclü yağış və fırtına ağacların kökündən qopmasına, selə və təxliyə prosesinin aparılmasına səbəb olub.

Suyun səviyyəsinin təxminən bir metr yüksəlməsi səbəbindən alçaq ərazilərin su altında qala biləcəyi açıqlanıb. Bölgədə yüksək hazırlıq elan edilib.

Chosen
3
3
publika.az

5Sources