EN

Mahir Emreli Almaniyada növbəti qolunu vurdu - VİDEO

Mahir Emreli Almaniya 2-ci Bundesliqasında növbəti qolunu vurub.

Bizim.Media xəbər verir ki, "Nürnberq"də çıxış edən azərbaycanlı futbolçu "Regensburq"la görüşdə fərqlənib.

Millimizin üzvü 10-cu tur çərçivəsində keçirilən qarşılaşmanın 23-cü dəqiqəsində hesabı 2:0 edən qolun müəllifi olub. "Nürnberq" fasilədən sonra 3:2 öndədir.
Qeyd edək ki, Emreli ötən turda "Qroyter Furt"la (4:0) görüşdə hesabı açıb.


Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
7
2
bizim.media

10Sources