Gürcüstan müxalifəti parlament seçkilərinin nəticələri ilə barışmayacaq.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına müsahibəsində bildirib.
“Təbii ki, onlar seçkinin nəticələrini qəbul etməyəcəklər, lakin onların ölkədə iğtişaş yaratmağa imkanları yoxdur”, - hökümət başçısı vurğulayıb.