EN

“Mirzoyan COP29-a dəvət alıb” – Ovannisyan


“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakıda keçiriləcək BMT-nin iqlim konfransında (COP29) iştirak etmək üçün dəvət alıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirinin müavini Paruyr Ovannisyan Factor.am portalına məlumat verib.
“Bu məsələ həm sülhün bərqərar olması, humanitar məsələlərin həlli, həm də tədbirin gündəliyi ilə bağlı bir neçə aspektdə müzakirə olunur. Bilirsiniz ki, bu, iqlim dəyişikliyinə həsr olunmuş ən nüfuzlu beynəlxalq tədbirdir. Sadaladığım bütün halları nəzərə alaraq, Ermənistanın hansı səviyyədə təmsil olunacağına tezliklə qərar verəcəyik”, - müavin deyib.
Mirzoyanın COP29-da iştirakının mümkün olub-olmaması ilə bağlı suala Ovannisyan “heç bir variant istisna edilməyib” cavabını verib və əlavə edib ki, hər şey yaxın həftələrdə baş verəcək hadisələrdən asılıdır.
Chosen
1
33
yeniavaz.com

10Sources