EN

Hindistanda dəhşətli fırtına - 600 min nəfər təxliyə olundu

Hindistanın şərqində “Dana” tropik fırtınası səbəbindən təxminən 600 min nəfər təhlükəsiz ərazilərə təxliyə olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Hindistan Meteorologiya Departamenti (HMD) məlumat yayıb.

Bildirilib ki, “Dana” tropik fırtınasının sürəti saatda 120 kilometrə çatıb.

Güclü yağış və fırtına ağacların kökündən qopmasına, selə və təxliyə prosesinin aparılmasına səbəb olub.

HMD-nin suyun səviyyəsinin təxminən bir metr yüksəlməsi səbəbindən alçaq ərazilərin su altında qala biləcəyini bildirməsi ilə bölgədə yüksək hazırlıq elan edilib.

Qeyd edək ki, ötən il ölkədə baş verən fırtınalar səbəbindən 523 nəfər həyatını itirmiş, 2,5 milyard dollar dəyərində ziyan dəymişdi.


Müəllif: Teleqraf.com
Chosen
3
1
teleqraf.com

2Sources