EN

2025-ci ildə daha çox pul qazanmaq istəyənlərə ŞAD XƏBƏR – Bunu etsəniz...

Hazırkı dövrdə pula qənaət etmək və maliyyə uğurlarına nail olmaq çox vaxt çətindir. İnvestisiya bu mərhələdə uyğun fürsətləri dəyərləndirməyə imkan verir. Bu nöqtədə düzgün investisiya etmək vacibdir. Ancaq investisiya dünyası çox geniş əhatə dairəsinə malik olduğundan, düzgün seçim etmək bəzən çətin ola bilər.


Bəs bu geniş sahə çərçivəsində nəyə sərmayə qoyulmalıdır? Bazarlardakı dalğalanmalar, iqtisadi qeyri-müəyyənliklər və daim dəyişən investisiya meylləri investisiya qərarlarının verilməsində məcburedici amillərdir.


Bununla əlaqədar “Yeni Sabah”a açıqlama verən iqtisadçı Xalid Kərimli 2025-ci il üçün yatırım sahələrini dəyərləndirib:


“2025-ci il 2024-cü ildən o qədər də fərqlənmir. İnvestisiya istiqamətləri bəllidir. Vətəndaşlar, investorlar risk səviyyəsinə və risk profillərinə görə  vəsaitlərini yerləşdirə bilərlər. Burada qızıla, əmlaka investisiya ola bilər. Əmlakın da öz kateqoriyaları var ki, bunlar da yaşayış mənzili, torpaq, obyekt kimi səciyyələndirilir”.


İqtisadçı bildirib ki, hər kəs öz risk profilinə uyğun hərəkət etməlidir:


“Bundan əlavə yatırım etmək üçün digər bir seçim isə səhm bazarına üz tutmaqdır. İnvestorlar səhm almaqla da öz vəsaitlərini bu sahəyə yatırıb müəyyən gəlir qazana bilərlər. Bundan əlavə, istiqraz almaq, banklara depozit yatırmaq kimi müxtəlif istiqamətlər də var. Yəni, hər bir vətəndaş öz investisiya profilinə görə bu seçimləri özü üçün edə bilər. Hər kəs özünə uyğun bir şəkildə vəsaitlərini dəyərləndirsə, bu daha faydalı olar”. 

Tarix: 25 Oktyabr 2024, 20:14   
Chosen
4
2
pravda.az

3Sources