EN

Səhiyyə Nazirliyi ilə “Zamin” Beynəlxalq İctimai Fondunun əməkdaşlığı müzakirə edildi (FOTO)

Bakı. Trend:

Azərbaycan Səhiyyə Nazirliyində Özbəkistanın “Zamin” Beynəlxalqİctimai Fondunun İcra orqanının rəhbəri Tamila Aliyevanın başçılıqetdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Trend xəbər verir ki,görüşdə, həmçinin, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, HeydərƏliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri SoltanMəmmədov da iştirak edib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev iki ölkəarasında əlaqələrin qədim tarixə malik olduğunu və yüksələn xətləinkişaf etdiyini vurğulayıb: “ Hazırda ölkələrimiz arasındaəməkdaşlıq əlaqələri yüksək səviyyədə inkişaf edir. İkitərəflimünasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərivə müntəzəm görüşləri xüsusi rol oynayır”.

İki qardaş ölkə arasında səhiyyə sahəsində uğurlu əməkdaşlığatoxunan nazir ötən ilin oktyabrında Daşkənddə Türk dünyasının dahioğlu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsrolunmuş "Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası"nın keçirildiyinixatırladıb.

“Dekada çərçivəsində hər iki ölkənin tibb mütəxəssisləriÖzbəkistan vətəndaşları üçün mərhələli şəkildə yüksək texnolojiavadanlıqlar vasitəsilə 100-dən artıq cərahiyyə əməliyyatlar icraediblər, müayinə və müalicələr aparıblar. Eyni zamanda, Şuşaşəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçiölkələrin səhiyyə nazirlərinin IV iclası çərçivəsində Azərbaycan vəÖzbəkistan elmi-tədqiqat institutları və mərkəzləri arasında birsıra Anlaşma Memorandumlarının imzalanılması baş tutub”.

“Zamin” Beynəlxalq İctimai Fondunun Özbəkistanın davamlıinkişafının təşviqinə və əhalinin həyat səviyyəsininyüksəldilməsinə yönəlmiş fəaliyyətini yüksək qiymətləndirən TeymurMusayev ölkəmizdə səhiyyə sahəsində aparılan mühüm işlərdə HeydərƏliyev Fondu və onun prezidenti, Azərbaycanın Birincivitse-prezidenti Mehriban Əliyevanın rolunu xüsusən vurğulayıb.

Sonda Azərbaycanın səhiyyə naziri ikitərəfli əməkdaşlığın dahada inkişaf edəcəyinə əminliyini ifadə edib.

Səmimi qəbula görə minnətdarlığını bildirən “Zamin” Beynəlxalqİctimai Fondunun İcra Aparatının rəhbəri iki qardaş ölkə arasındaəməkdaşlıq formatının bir çox dövlətlər üçün nümunəvi olduğunuvurğulayıb. Belə görüşlərin təcrübə və bilik mübadiləsi baxımındançox vacib olduğunu qeyd edən Tamilə Aliyeva “Zamin” Fondununfəaliyyəti haqqında da ətraflı məlumat verib: “Beynəlxalq İctimaiFond ekoloji və sosial sahələrdə uzunmüddətli, strateji əhəmiyyətlivə davamlı layihələrə diqqət yetirmək məqsədilə yaradılıb. Bundanəlavə, “Zamin” Fondu ilə Heydər Əliyev Fondu arasında sıxəməkdaşlıq qurulub”.

Öz çıxışında Özbəkistan Beynəlxalq İctimai Fondunun İcraorqanının rəhbəri təmsil etdiyi qurumun Azərbaycanın SəhiyyəNazirliyi ilə səmərəli əməkdaşlığın qurulmasında maraqlı olduğunubildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər, ocümlədən immunologiya, hematologiya və uşaq onkologiyasısahələrində birgə layihələrin həyata keçirilməsinə dair fikirmübadiləsi aparılıb.

Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Chosen
24
3
az.trend.az

4Sources