EN

İsgəndər Xəlilovun şirkətinin 12,4 milyon manat borcu var

"Svit Haus" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu yığılıb.

Ölkə.az bildirir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkətin hazırda vergi borcu 12 374 585,71 manat təşkil edir.

Şirkətin bu qədər vergi borcunun yaranması təəccüb doğurur. MMC-nin uzun müddətdir vergi borcunu ödəməməsinin səbəbi isə məlum deyil.

Nəzərə alaq ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.

Xatırladaq ki, "Svit Haus" MMC-nin adı mətbuatda qalmaqallarla yadda qalıb. Şirkət çoxmərtəbəli yaşayış binaların tikintisi ilə məşğul olur. "Svit Haus" MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 17790 manat olan şirkətin qanuni təmsilçisi İmdad Dursunovdur.

MÉ™tbuatda yayılan mÉ™lumatlara görÉ™, ÅŸirkÉ™t "Bakı Toxucu TikiÅŸ” ASC-nin sÉ™dri CavanÅŸir XÉ™lilova aiddir. Lakin "Svit Haus”un C.XÉ™lilovun qardaşı, Rusiyada yaÅŸayan məşhur milyarder Ä°sgÉ™ndÉ™r XÉ™lilova mÉ™xsus olduÄŸu bildirilir.

 

Chosen
2
23
olke.az

10Sources