EN

QARABAĞ QAZİSİ MADDİ İMKANSIZLIQ SƏBƏBİNDƏN ƏMƏLİYYAT OLUNA BİLMİR - Atası səlahiyyətli şəxslərdən kömək istəyir / YENİLƏNİB

Cəlilabad rayonu, Xanəgah kənd sakini Quliyev Elnur İsgəndər oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin müraciətini olduğu kimi dərc edirik:

“Mən, Quliyev Elnur İsgəndər oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, oğlum Quliyev Amin Elnur oğlu antiterror əməliyyatı zamanı ağır yaralanıb. İki qulağı eşitmir, gözləri 30 faiz görür. Şücaətinə görə, cənab Prezident tərəfindən medalla təltif olunub. Vaxtından 3 ay əvvəl də hərbiyə yararsız kimi tərxis edilib.

Əlillik təyin olunması üçün müraciət etmişdik. Komissiya əlillik əlaməti təyin etmədi. 

Hal-hazırda oğlum Quliyev Amin Elnur oğlu qulaqlarından əmaliyyat olunmalıdır. Maddi imkanımız yoxdur. Səlahiyyətli şəxslərdən xahiş edirik ki, bizə kömək etsinlər”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Hürriyyət"ə bildirilib ki, Cəlilabad rayon sakini 2004-cü il təvəllüdlü Quliyev Amin Elnur oğlu əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən forma-88 göndərişi əsasında 07.05.2024-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib:

"Səhiyyə Nazirliyinin və Agentliyin həkim-ekspertlərinin birgə müayinəsi zamanı vətəndaşın hazırki sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən əlamətlər müşahidə edilməyib.

Bu səbəbdən də Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilib".

Aynurə İSMAYIL

Chosen
2
2
hurriyyet.az

3Sources