EN

Əli Mirəliyevdən təsirli sözlər: “Tünzalə xanım düşünməsin ki...”

Xəbər verdiyimiz kimi, oktyabrın 21-də Xalq artisti Tünzalə Ağayeva ad gününü qeyd edib.

Müğənni dostlarını başına toplayaraq o ki var əylənib. Mərasim bir çox maraqlı məqamlarla yadda qalıb.

“Cebheinfo.az” xəbər verir ki, tanınmış müğənni Əli Mirəliyev isə Tünzalə xanımın ünvanına təsirli sözlər işlədib:

“Xalq artisti adına layiq olmayan artistimizi təbrik edirəm! Tünzalə Ağayevanın oktyabrın 21-də 49 yaşı tamam olub. Məhz Tünzalə xanımı ad günü münasibəti ilə təbrik edirəm və işlərində uğurlar arzulayıram.

Tünzalə xanım düşünməsin ki, o, həqiqətən də Xalq artistidir. O ada layiq olan o qədər sənətkarlar var ki, onlar hələ də bu adı almayıb. Amma xalq yenə də o sənətkarları sevir.

Tünzalə son illər oxumağı ilə deyil soyunmağla ilə məşhurlaşdı. 49 yaşlı azərbaycanlı bir xanımı soyunub efirə çıxar? Başqalarına belə örnək olmaq istəyirsiz? Ayıb deyil? Müğənni öz səsi ilə gündəmə gələr, orasını-burası açmaqla deyil”.

Chosen
9
47
cebheinfo.az

10Sources