EN

Mançini istefaya göndərildi

Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Roberto Mançini istefaya göndərilib.

Rekord.az xəbər verir ki, bu barədə sözügedən ölkənin futbol federasiyası məlumat yayıb.

Bundan əvvəl Mançininin qeyri-qənaətbəxş nəticələrə, eləcə də məşqçi ilə komanda arasında münasibətlərin pisləşməsinə görə millini tərk edəcəyi bildirilirdi.

59 yaşlı mütəxəssis 2023-cü ilin yayından Səudiyyə Ərəbistanı millisinə rəhbərlik edirdi. Komanda onun baş məşqçiliyi altında son 5 qarşılaşmadan yalnız 1-də qələbə qazanıb.

Chosen
2
1
rekord.az

2Sources