EN

Azərbaycan Qazaxıstanla strateji tərəfdaşlığın inkişaf etdirilməsində maraqlıdır - İ.Əliyev

Azərbaycan Qazaxıstanla səmərəli tərəfdaşlığın inkişaf etdirilməsində və iqtisadiyyat, nəqliyyat-logistika, rəqəmsallaşma, infrastruktur, enerji, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə səmərəli tərəfdaşlığın inkişaf etdirilməsində və birgə layihələrin reallaşdırılmasında maraqlıdır. 

Bu barədə Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə bu ölkənin milli bayramı - Respublika Günü münasibətilə ünvanladığı təbrik məktubunda deyilir.

"Qarşılıqlı ali və yüksək səviyyəli səfərlər, müntəzəm təmaslar, müxtəlif sahələrdə imzalanan çoxsaylı sənədlər, həyata keçirdiyimiz birgə layihələr çoxşaxəli əməkdaşlığımızın inkişafında əhəmiyyətli rol oynayır", deyə məktubda qeyd edilir. 

"Əminəm ki, Azərbaycan-Qazaxıstan əlaqələrinin həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə genişləndirilməsi, xalqlarımızın firavanlığı, ölkələrimizin və regionumuzun rifahı naminə əməkdaşlığımızın bütün sahələrdə dərinləşdirilməsi, strateji tərəfdaşlığımızın və müttəfiqliyimizin daha da möhkəmləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik", deyə Azərbaycan prezidenti qeyd edib.

Chosen
2
8
turan.az

10Sources