EN

COP tarixində bir ilk:"Çağrı Mərkəzi" fəaliyyət göstərəcək

Noyabrdan etibarən COP29-la bağlı xüsusi “Çağrı Mərkəzi” yaradılacaq. Bu indiyə qədər keçirilən COP tədbirləri çərçivəsində bir ilk olacaq.

Bunu jurnalistlərə açıqlamasında COP29 Azərbaycan Əməliyyat Şirkətinin Ziyarətçi təcrübəsi üzrə şöbə müdiri İlkin Cavadov deyib: “Konfrans iştirakçıları və şəhərimizin qonaqları tədbirlə bağlı hansısa sualları olduqda “Çağrı Mərkəzi”nə müraciət edərək məlumat əldə edə biləcəklər.”

O bildirib ki, “Çağrı Mərkəzi”nə sorğular verilməsi ənənəvi üsulla, yəni zəng vasitəsilə yanaşı, eyni zamanda, onlayn çatla da mümkün olacaq: “Tədbir iştirakçıları və qonaqlar veb-sayt üzərindən çat, həmçinin vatsap və teleqram kanalları vasitəsilə əlaqə saxlayıb hər hansı bir məlumatı sorğulaya biləcəklər”.

Chosen
10
2
azpost.info

3Sources