EN

Məktəbin İnkişaf Planı reallaşdırılan ümumi təhsil müəssisələrində illik hesabat üzrə görüşlər davam edir

22-24 oktyabr tarixlərində Məktəbin İnkişaf Planı (MİP) çərçivəsində məqsəd və hədəflərin reallaşdırılması istiqamətində hesabatlılıq məqsədilə MİP reallaşdırılan məktəblərdə Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən görüş təşkil edilib. Görüş 111, 159, 18, 38, 162 nömrəli tam orta məktəblərin idarəetmə və pedaqoji heyəti ilə keçirilib.

Görüş prosesində müzakirə obyekti digər məktəblərdə olduğu kimi şagird nailiyyətinin inkişafı istiqamətində məktəbin dəstəkləyici mühitinin effektiv qurulması, müəllimlərin metodiki və pedaqoji bacarıqlarının peşəkar inkişafı istiqamətlərini, eləcə də həyata keçirilmiş fəaliyyətlərin nəticələrini əhatə edib. Müzakirə zamanı fənn müəllimlərinin həyata keçirdikləri fəaliyyətlərlə bağlı fikirləri dinlənilib və tövsiyələr verilib.Qeyd edək ki, 2023-2024-cü tədris ili üzrə Məktəbin İnkişaf Planı (MİP) çərçivəsində hesabatlılıqla bağlı görüşlərin digər MİP reallaşdırılan ümumi təhsil müəssisələrində davam etdirilməsi planlaşdırılır.

Chosen
21
tehsil.biz

1Sources