Gələn ildən Moskvada miqrantlar üçün elektron şəxsiyyət vəsiqələri eksperimental olaraq tətbiq ediləcək. Manset.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində paytaxtın meri Sergey Sobyanin danışıb. Onun sözlərinə görə, bu vəsiqədə əcnəbi vətəndaş haqqında bütün məlumatlar - Rusiyaya gəliş tarixi, biometrik məlumatlar, iş yeri, yaşayış icazəsi, qeydiyyat və s. qeyd olunacaq. Sənəddə nəyinsə səhv olduğu üzə çıxarsa, polis əcnəbiyə qarşı müvafiq tədbirlər görəcək.