EN

İki qardaşın dəm qazından boğulduğu hadisənin TƏFƏRRÜATI- YENİLƏNİB

Xəbər verdiyimiz kimi Tovuza yasa gedən iki qardaş dəm qazından zəhərlənərək vəfat edib.

Gencexeber.az-ın əməkdaşı hadisənin təfərrüatını araşdırıb.

Bədbəxt hadisənin baş verdiyi Əsrik Cırdaxan kəndinin kənd nümayəndəsi Telman Əmiraslanov bildirib ki, qardaşlar bacılarının yoldaşının yasına gediblərmiş:

“Dünən yasa gəlmişdilər, bu səhər isə evdən meyitləri tapıldı. Hər iki qardaş Sumqayıt şəhər sakinidir. Dəfn olunması üçün cəsədlər də Sumqayıta göndərildi”.


Chosen
8
news24.az

1Sources