EN

"Sumqayıt" yeni legionerlə gücləndi

“Sumqayıt” klubu heyətinə yeni legioner qatıb.

Fanat.Az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi Özbəkistanın “Neftçi” klubunun sabiq oyunçusu Cəsurbek Cəloliddinovla müqavilə imzalayıb.

22 yaşlı yarımmüdafiəçi anlaşma mövsümün sonuna qədər nəzərdə tutulub. O, “Sumqayıt”ın heyətində 77 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Paris-2024” Olimpiadasının iştirakçısı olmuş Cəsurbek Cəloliddinov karyerası ərzində “Bunyodkor”, “Andijan”, “Lokomotiv” (Daşkənd), “Olimpik” (hamısı Özbəkistan), “Lokomotiv” (Moskva), “Tambov” (hər ikisi Rusiya) və “Kayrat” (Qazaxıstan) klublarında çıxış edib. O, Özbəkistanın U-19, U-21, U-23 və əsas milli komandalarının da şərəfini qoruyub.

Chosen
3
24
fanat.az

10Sources