EN

Tanınmış futbolçu öldü 

Mərakeş yığmasının sabiq futbolçusu Əbdüləziz Barrada vəfat edib.

Bu barədə onun keçmiş klubu PSJ-nin mətbuat xidməti məlumat yayıb.

35 yaşlı Barradanın ölüm səbəbi ürəktutması olub.

Qeyd edək ki, Ə.Barrada 2013-cü ildə Afrika Millətlər Kuboku və 2012-ci il London Yay Olimpiya Oyunlarında Mərakeş yığmasının formasını geyinib. PSJ ilə yanaşı, Fransada "Marsel", Türkiyədə "Antalyaspor" klublarında çıxış etmiş mərakeşli futbolçu karyerasını 2021-ci ildə başa vurmuşdu.


Chosen
9
12
referans.az

10Sources